“Rusiyalılar gözləyirdilər ki, Kiyevi təcavüzdən 12 saat sonra ələ keçirəcəklər” – Reznikov
Müdafiə naziri əlavə edib ki, rusiyalılar sadəlövhcəsinə gözləyirdilər ki, təcavüzdən 72 saat sonra Ukrayna hökuməti paytaxtdan qaçacaq.
Rusiya hərbçiləri gözləyirdilər ki, Kiyev fevralın 24-də təcavüzdən 12 saat sonra çökəcək.
Bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov «CNN» kanalına müsahibəsində bəyan edib.
Onun sözlərinə görə, təcavüz zamanı həlak olmuş rusiyalı hərbçinin üzərində sənəd tapılıb. Sənəddə Rusiyanın hərbi hədəfi göstərilib. «Onlar fikirləşiblər ki, 12 saat sonra Kiyevin mərkəzində olacaqlar» – Reznikov qeyd edib.
Nazir əlavə edib ki, rusiyalılar sadəlövhcəsinə gözləyiblər ki, təcavüzdən 72 saat sonra Ukrayna hökuməti paytaxtdan qaçacaq.
«Doğrusu, dünyanın müxtəlif paytaxtlarında bizim həmkarlar da sadəlövh olublar. Onlar bizə dedilər ki, təcavüz qaçılmazdır və siz, çökəcəksiniz. Sizin cəmi 72 saat vaxtınız var. Ona görə də bizə ağır silahlar vermədilər» – Reznikov deyib.