Rusiyanın İrəvandakı səfiri geri çağırılır, bəs İrandakı səfiri Caqaryan?

İrəvanda Rusiya əleyhinə aksiyalarda Lavrovun adı niyə çəkilmir…

Yaxın zamanlarda Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırgin geri çağırılacaq. Bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr qeyd edib ki, adətən Rusiya səfirləri 3 illiyə təyin olunur və əgər rəsmi Moskva onların işindən razıdırsa, bəzən səlahiyyət müddəti uzadıla da bilir. Kopırkin 2018-ci ilin aprelindən səfırdir. Yəni 3 illik müddət başa çatıb.

Amma maraqlıdır ki, Rusiyanın İrandakı səfiri, erməni Levon Caqaryanın səfirlik müddəti çoxdan bitsə də (2011-ci ildən işləyir), bu günədək öz postundadır. Əsas səbəb əlbəttə ki, onun peşəkar və təcrübəli diplomat olması ilə ilgili deyil. Erməni olmasındadır.

Sirr deyil ki, Rusiyanın diplomatik korpusunda da erməni mənşəli şəxslər əməllicə kök salıb və önəmli vəzifələr tuturlar. 2004-cü ildən (18 ildir) Rusiya XİN başçısı işləyən erməni əsilli Lavrov-Kələntərovu yada salmaq yetər…

Arayış üçün: Levon Caqaryan 1957-ci ildə Tiflisdə anadan olub. Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Fars, ingilis, erməni, gürcü, tacik, dari və fransız dillərini bilir və “Orta Şərq və Mərkəzi Asiya bölgəsi üzrə ekspert” kimi tanınır. 2011-ci ildən Rusiyanın İrandakı səfiridir. Ona qədər (2005-2011) isə Rusiya XİN-də MDB ölkələri Departamentinin direktor müavini işləyib. Yəni Lavrovun dönəmində.

Caqaryan isə İranda çoxdandır təkcə Rusiyanın yox, faktiki Ermənistanın da səfiridir. Özünü məhz belə aparır. Şəkk-şübhəsiz ki, Azərbaycan-İran münasibətlərində vaxtaşırı kritik dönəmlərin yaşanmasında onun da “əməyi” var. Ümumiyyətlə, Rusiyanın İrandakı səfiri milliyyətcə erməni olduqca Bakı-Tehran əlaqələrinin qaydaya düşməsi mümkün görünmür. Çünki ikitərəfli münasibətlərə ənənəvi erməni hiyləgərliyi ilə, altdan-altdan, zaman-zaman badalaq vurulacaq, sualtı daşlar qoyulacaq…

Bu dığanın 10 idın çoxdur İran kimi dövlətdə səfir postunda qalmasında təbii ki, Lavrov-Kələntərovun müstəsna xidməti var. Hər necə olmasa, Caqaryanın müdiri ermənidir. Üstəlik, Lavrov da Tiflis ermənisidir. Bundan əlavə, S. Lavrov ümumiyyətlə, Rusiyadakı ermənilərin, erməni lobbisinin “boz kardinalı” sayılır.

Lavrovin Qarabağ konfliktinin on illərlə uzanmasında məxsusi “xidməti” də danılmazdır. İşğalçı Ermənistan xeyli dərəcədə məhz “boz kardinal”ın “krışalığı”na arxayın olaraq, özünü illərlə cəzasız hiss edib, problemin nizamlanmasında daim maksimalist mövqe sərgiləyib, Bakıya qarşı həyasız şərtlər irəli sürüb.

Yadınıza gələr yəqin ki, Vətən müharibəsindən aylar öncə Lavrov Bakının problemi güc yolu ilə həll eləmək istəyi ilə bağlı jurnalistin sualına cavabında əsəbi tonda belə bir fitnəkar ifadə işlətmişdi: “Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil”.

Heç şübhəsiz, 44 günlük müharibədən sonra da erməni revanşlist-radikallar Lavrovdan ümidlərini üzməyiblər. Diqqət edin, Ermənistanın tam darmadağından xilas edən Rusiyanın əleyhinə İrəvanda, Rusiya səfirliyi qarşısında vaxtaşırı isterik aksiyalar keçirilir, hətta Putin təhqir edilir, digər yüksək çinli yetkililərin ünvanına ittihamlar yağdırılır. Ancaq onların arasında Lavrov yoxdur. Eləcə də erməni mediasında əsas hədəf Rusiyanın hərbi-siyasi rəhbərliyi olsa da, Lavrovun adı çəkilmir. Öz “itləri”dir axı…

Demək, nə qədər ki, Kələntərov-Lavrov Rusiya XİN-ə rəhbərlik edir, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə nail olmaq da asan olmayacaq. Doğrudur, Rusiyanın xarici siyasətini Putin müəyyən edir. Lakin şəxsli münasibətlərin önəmini unutmaq olmaz. Lavrov isə əfsuslar olsun ki, Putinin çox dəyər verdiyi kadrlardandır. Ö dərəcədə ki, keçən sentyabrda Rusiya parlamentinə seçkilərdə hakim “Vahid Rusiya” partiyasının seçici siyahısında ilk beşlikdə yer almışdı və deputat olsa da, Putinin xahişi ilə mandatdan imtina elədi, XİN rəhbəri postunda qaldı…

Odur ki, işimizi gərək lap möhkəm tutaq. Çünki bizim davamız təkcə Qarabağda gizlənən separatçı ünsürlər və onların Ermənistandakı havadarları ilə yox, həm də Rusiyadakı havadarları ilə, orada yüksək hakimiyyət eşelonlarında kök salmış ermənilər və onların “boz kardinalı” ilədir….

Hamısını Göstər

Related Articles

Back to top button