Rusiyanın “qara günləri” başlayır

Avropa İttifaqının (Aİ) ardınca G7-yə üzv ölkələr və Avstraliya da Rusiyadan dəniz yolu ilə daşınan neftə 60 dollar/barel “tavan qiymət” tətbiq etmək barədə razılığa gəliblər.

G7-yə üzv dövlətlərin verdiyi açıqlamada, Aİ-nin bu gün də oxşar addım atdığına diqqət çəkilərək, Rusiyadan dəniz yolu ilə nəql edilən neftə 60 dollarlıq “tavan qiymət” tətbiq edilməsi ilə bağlı konsensusun əldə edildiyi bildirilib.

G7 ölkələrinin bu qərarla Rusiyanın Ukrayna müharibəsində qazanc qaynaqlarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirdiyinə diqqət çəkilərək, bunun Rusiya-Ukrayna müharibəsinin qlobal bazarlara mənfi təsirini minimuma endirmək məqsədi daşıdığı bildirilib.

Açıqlamada sözügedən tətbiqin dekabrın 5-də qüvvəyə minəcəyi bildirilib.

G7 və Aİ ölkələri Rusiya neftinə “tavan qiymət” tətbiq etmək üçün danışıqlar aparırdılar. G7 ötən həftə Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinin “tavan qiyməti”ni 65-70 dollar arasında müəyyən etməyi təklif edib. 

Aİ Komissiyası üzv ölkələr arasında danışıqlarda konsensusa nail olmaq üçün Rusiyadan dəniz yolu ilə daşınan neftin bir barelinə 60 dollarlıq “tavan qiymət” tətbiq etməyi təklif edib.

Bundan əlavə, Rusiya neftinin 60 dollarlıq tavan qiymətinə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq. Bu mexanizm Rusiya neftinin “tavan qiyməti”nin dünya bazar qiymətlərindən 5 faiz aşağı saxlanılmasını təmin edəcək.

Rusiya neftinə tətbiq edilən “tavan qiymət” hər iki aydan bir yenidən qiymətləndiriləcək. “Tavan qiymət” tətbiqinin Aİ-nin Rusiyadan dəniz yolu ilə xam neft tədarükünü kəsmək qərarının qüvvəyə mindiyi dekabrın 5-də qüvvəyə minməsi gözlənilir.

Rusiya dünya neft hasilatının təxminən 10 faizini istehsal edir. Digər tərəfdən, Rusiya rəsmiləri tavan qiymət tətbiqinə qatılan ölkələrə neft satmayacaqlarını açıqlayıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button