Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibənin gedişatını aviasiya pozacaq
Bu açıqlama ilə ukraynalı hərbi ekspert Petr Çernik çıxış edib.
“Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərə ehtiyacı var və təbii ki, aviasiya bu müharibənin gedişatını həqiqətən pozacaq. Mən təkcə ümid etmirəm, 100% əminəm ki, ABŞ Konqresinin pilotlarımızın hazırlanması üçün ayırdığı bu 100 milyon dollar mütləq reallaşacaq. Yeganə sual budur ki, hansı model təyyarələrlə? – Mən F-16, F-15 və F-35-in tərəfdarıyam”, – ekspert vurğulayıb.
Çernik əlavə edib ki, bunun nə vaxt baş verəcəyini söyləmək çətindir:
“Çünki müttəfiqlər, ilk növbədə ABŞ bu müharibəyə öz prizmasından baxır. Amma müsbət xəbərlər var ki, ABŞ büdcədən 44 milyard dollar ayrılıb. Nəzərinizə çatdırım ki, lend-lizinq elan olunub, bu, ehtiyat resursdur”.