Ruslar hücumda: Kənd işğal edildi, 4 istiqamətdə irəliləyirlər

Rusiya qoşunları bütün cəbhə xətti boyu hücumlarını davam etdirirlər.
Polise.az xəbər verir ki, bu barədə cəbhədə vəziyyəti izləyən Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.
Məlumatda deyilir ki, ruslar Donetsk vilayətinin Pokrovsk rayonunun Sribne kəndini işğal ediblər. Müharibədən əvvəl orada 560-dan çox insan yaşayıb.
Bundan əlavə, Rusiya qüvvələrinin Daçnı, Novoselka, Ulaklı (Donetsk vilayəti) və Fiqolivka (Xarkov vilayəti) yaşayış məntəqələri yaxınlığında irəlilədikləri bildirilib.
Polise.az