Rüstəm Muradovdan ilk Qarabağ açıqlaması
Qarabağ münaqişəsi bölgəsində əldə edilən atəşkəs razılaşmasına əməl olunur, toqquşma yoxdur.
Bu barədə Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin komandiri genetral-leytenant Rüstəm Muradov video müraciətrində bildirib.
O deyib: “Üç dövlətin rəhbəri tərəfindən imzalanaraq noyabrın 10-da saat 00-dan qüvvəyə minmiş razılaşmalar bu gün tam şəkildə yerinə yetirilir. Əsas odur ki, təmas ərazisində hər növ döyüş əməliyyatları dayandırılıb, atəş səsləri gəlmir, vəziyyət yavaş-yavaş sabitləşir”.