Şəkidə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib

Şəki Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Cumakənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib.

ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Muradov çıxışında narkotik vasitələrin və psixotrop maddələrin yaratdığı problemlərdən, onların səbəb olduğu faciələrdən danışıb. Qeyd edilib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirilməli, elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparılmalıdır.

Daha sonra çıxış edənlər də məktəbliləri hər zaman asılılıq yaradan, insanı məhvə sürükləyən kənar təsirlərdən uzaq olmağa çağırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və videoçarx nümayiş olunub.

Hamısını Göstər

Related Articles

Back to top button