Şəkidə oğurluq edən dayı bacıoğlu saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinə Oraban kəndindəki evlərin birindən 1000 manat dəyərində antik samovarın, eləcə də müxtəlif məişət məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərin Bərdə rayon sakini Nəvai Abbasov,onun dayısı, Yevlax sakini İlham Quliyev və Bakı şəhər sakini Elxan Hüseynov olduğu müəyyən edilib. Həmin şəxslər “Rent a car”dan icarəyə götürdükləri “Hyundai”markalı avtomobillə Yevlax rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb və şöbəyə gətiriliblər. Saxlanılan şəxslər ifadələrində oğurladıqları samovarı və misdən olan məişət əşyalarını dəyərindən ucuz qiymətə satdıqlarını, əldə etdikləri pulu isə öz aralarında böldüklərini bildiriblər.
Araşdırma zamanı qrup üzvlərinin başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, onların Şəki rayonunun Köbər Zəyzid kəndində yerləşən mağazaların birindən oğurluğa cəhd etdikləri və “VAZ-2109” markalı avtomobildən akkumulyator, eləcə də nəqliyyat vasitəsinə yaxın ərazidə olan pivə çəlləyini oğurladıqları məlum olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Sinxron-Nəvai Abbasov ( saxlanılan şəxs )
Sinxron- Elxan Hüseynov ( saxlanılan şəxs )