Sərhəddə dəyişiklik: Bu ərazilər Azərbaycana təhvil verildi

Sərhədin demarkasiyası ilə əlaqədar Tavuş vilayətinin Kirants kəndində (Xeyrimli istiqaməti) yeni sərhəd dirəkləri basdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

“Kirants daxilində kəndi bölən sonuncu üç sərhəd sütunu quraşdırılıb, sərhəd kəndin ortasından keçir. Silahlı və maskalı sərhədçilər kənd sakinlərinə yaxınlaşmağa icazə vermirlər”, – məlumatda deyilir.

Nəşr yazır ki, demarkasiya nəticəsində Ermənistanın Gürcüstana gedən dövlətlərarası yolunun Kirants istiqamətindəki körpüsü Azərbaycan ərazisində qalır. Ermənistan hökuməti bu səbəbdən 2-3 ay müddətində yeni dolama yolun çəkiləcəyini açıqlayıb.

“Hraparak”ın yazdığından belə məlum olur ki, ermənilərin işğal dövründə mənimsəməyə çalışdıqları Qazax rayonunun Xeyrimli kəndinin ərazisi Azərbaycana təhvil verilib. Bu, “Sərhəd kəndin ortasından keçir” separatçı ifadəsindən anlaşılır. Yəni yenidən çəkilən sərhəd Kirantsın ortasından keçmir, lazım olduğu yerdən – tanınmış sərhəddən keçir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button