Sərkisyan etiraf etdi: İlham Əliyev haqlıdır

Ermənistanın sabiq prezidenti Serj Sərkisyan “Armnyus” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin onun və Robert Köçəryanın ünvanına söylədiyi fikirlərə münasibət bildirib.

Jurnalistin İlham Əliyevin Azərbaycanın Serj Sərkisyan və Robert Köçəryanın ordusunu məhv etdiyi barədə bəyanatına münasibətini öyrəndiyi sabiq prezident Azərbaycanın ölkə başçısının “müəyyən mənada” haqlı olduğunu etiraf edib:

“Əliyev müəyyən mənada haqlıdır. Bəli, Robert Köçəryan, mən və bir çox başqaları erməni ordusunun yaradılmasında böyük rol oynamışıq. Bəs, “kapitulyant” (Nikol Paşinyan – red.) hansı rol oynayıb? O, bir gün də orduda xidmət etməyib. Bu mənada Əliyev ola bilsin ki, haqlıdır…”

Bununla yanaşı, yenə də məğlub olmadıqlarını iddia edən bu cinayətkar bildirib ki, Azərbaycan erməni ordusundan daha çox Ermənistandakı yarıtmaz hakimiyyəti məğlub edib.

Lakin məlum məsələdir ki, hərbi cani Sərkisyan özünün və Köçəryanın yaramaz Qarabağ siyasətinə, eləcə də hər cəhətdən Azərbaycan Ordusuna uduzan, onun qabağından qaçan erməni ordusuna görə məsuliyyəti yalnız 2018-ci ildə hakimiyyətə gəlmiş və cəmi iki il Baş nazir postunu tutan Paşinyanın üzərinə atmağa çalışır.

Lakin nəinki Azərbaycanda, Ermənistanda da yaxşı bilirlər ki, Azərbaycan məhz Köçəryan və Sərkisyanın az ala 20 ilə yaratdıqları ordunu darmadağın edib.

Hamısını Göstər

Related Articles

Back to top button