Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı – DİN-dən xəbərdarlıq

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarının bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunub:

“Bir çox ərazilərdə karantin postları yığışdırılıb, bəzi yerlərdə isə marşrut postları fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları, polis əməkdaşları sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili yollarda gücləndirilimiş iş rejimində çalışırlar”.

K.Əliyev bildirib ki, küçə və prospektlərdə hərəkət iştirakçıları ciddi yoxlanılır:

“Xahiş edirik ki, müvafiq icazəsi olmadan kimsə yaşadığı yeri tərk etməsin. Sərt karantin rejimini pozan hər bir şəxs məsuliyyətdən kənarda qalmayacaq”.

“Əhali tələb olunan qaydalara ciddi nəzarət etsin ki, koronavirusa yoluxmanın qarşısını almaq mümkün olsun”, – deyə DİN rəsmisi qeyd edib.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button