Şəkidə yol polisi təhsil müəssisələrinin qarşısında təhlükəsizlik tədbirlərini gücləndirib

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən yeni dərs ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə bir sıra təhlükəsizlik tədbirləri görülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, azyaşlıların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə məktəblərin yerləşdiyi ərazilərdə köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəz olunub, rəngi solmuş piyada keçidləri isə yenidən rənglənib. Həmçinin, zərurət olan yerlərdə yeni piyada zolaqları salınıb və işıqforlar quraşdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button