Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 1 saylı tam orta məktəbdə“Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbirkeçirilib.

Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları,
məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Azər Tağıyev bildirib ki,
ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması
istiqamətində zəruri bütün tədbirlər görülür, bu cinayət əməli ilə məşğul olan hər
bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur. Həmçinin zərərli maddələrin
aludəçisinə çevrilən gənclərin normal həyata qayıda bilməsi üçün profilaktiki
tədbirlər də həyata keçirilir, onlara bu istiqamətdə bütün köməkliklər göstərilir.
Yeniyetmə vaxtlarında gənclərin ailə qurmasından da danışan şöbə rəisi, 
erkən nikahların qanunla qadağan olunduğunu,  bu cür halların gənclərin fiziki və
mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib. 
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button