Saatlıda maarifləndirmə tədbiri keçirilib
Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Əlisoltanlı kənd tam orta məktəbində “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Fuad Məmmədov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açaraq, ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb. Erkən nikahların fəsadları barədə də çıxış edən rəis müavini, yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edib.
Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.