Sabiq erməni qubernator: “Azərbaycanlılar Zəngəzurdakı torpaqları alır”

“Hakimiyyət Qarabağ məsələsi kimi, Sünik (Zəngəzur) səhifəsini də bağlı hesab edir. Onlar ya ağılsız, ya da satqındırlar”.

Bunu Zəngəzurun keçmiş qubernatoru Vahe Akopyan “Armnyus”a müsahibəsində deyib.

Akopyan bildirib ki, Zəngəzur Azərbaycana sabah da verilə bilər:

“Erməni tərəf barmağını da tərpətmir. Azərbaycanlılar isə 9 noyabrdan orada mühəndis işləri aparırlar. Dünən daha bir post qoyulub. Hakimiyyət təhlükəsizliyin təmin olunduğunu deyir, ancaq bizdə bircə post var, o da Qafan-Gorus yolunda. Azərbaycanlılar Ermənistan nömrə nişanlı maşınla Şurnux, ya da Vorotandan Irəvana gede bilərlər. Onları heç kəs saxlamayacaq. Hanı təhlükəsizlik?”

O iddia edib ki, azərbaycanlılar Zəngəzurda torpaqları üçüncü tərəf vasitəsilə alırlar: “Bu gedişlə 1-2 ilə ermənilər oradan köçürüləcək. Bu gün orda turizm qalmayıb, halbuki bölgədə əsas turizm idi. Dağ-mədən sənayesində də vəziyyət pisdir. Zəngəzur kombinatının da işi dayandırıla bilər”.

Hamısını Göstər

Related Articles

Back to top button