Sabirabad rayonunda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanaraq ünvanına qaytarıldı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Cavad kənd sakini T.Novruzovun karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxsin qanunazidd hərəkətinin qarşısı alınıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Faktla əlaqədar Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button