Sabirabadda Dövlət Yol Polisi profilaktiki tədbirlər həyata keçirilib.
Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər
həyata keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, polis əməkdaşları tərəfindən piyada keçidlərindən istifadə
etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.
Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət
iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu izah edilib.
Edilən xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan
hissəsindən keçməyən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər
görülüb.