Şabranda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıblar

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri İslam Şeydayev və Vaqif Xudaverdiyevi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin meşə zolağında əkib yetişdirdiyi 30 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Hamısını Göstər

Related Articles

Back to top button