Şabranda narkotik dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Mehman Dadaşovun üzərinə və
yaşadığı evə baxış keçirilən zaman oradan yarım kiloqrama yaxın marixuana və 7 ədəd yaş vəziyyətdə
çətənə (kannabis) bitkiləri aşkar edilib.
Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Dadaşovun barəsində həbs
qətimkan tədbiri seçilib.