Şabranda qanunsuz olaraq narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb

Şabran  Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Şabran rayon sakinləri Ayaz Yaqubov, Anar Vəliyev və  Ramin Atakişiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun polise.az-a bildirdiyinə görə Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Yaqubovun yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı çətənə bitkiləri, evin zirzəmisindən isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana və kustar üsulla hazırlanmış heroin və elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

Bundan başqa A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Anar Vəliyevin üzərinə baxış zamanı tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

Bununla yanaşı A.Yaqubovun evində qonaq olmuş Şabran rayon sakini Ramin Atakişiyevin yaşadığı evə keçirilmiş baxış zamanı çətənə (kannabis) bitkisi və isə tərkibində narkotik maddələr olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button