Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları nəzarət-profilaktiki tədbirlər keçirir

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-
profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, rayonunun müxtəlif küçə və prospektlərində təşkil olunan tədbirlər zamanı
nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, manevr, dayanma-durma və
digər yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq özləri ilə yanaşı digər hərəkət
iştirakçıları üçün də təhlükə yaradan sürücülər müəyyən olunub.
Polis əməkdaşları tərəfindən həmin şəxslərlə izahedici söhbətlər aparılıb və
yol verdikləri qayda pozuntuları onların diqqətinə çatdırılıb. Sürücülərin hər biri
barəsində inzibati protokol tərtib olunub və onlar qanunvericiliyə uyğun olaraq
məsuliyyətə cəlb olunub.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button