Salyanda maarifləndirmə tədbiri keçirilib
Salyan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 4 saylı orta məktəbdə
“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Görüşdə RPŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov çıxış edərək
bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilən narkomaniyaya qarşı birgə
mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Şöbə rəisi gənclər arasında
sağlam həyat tərzinin təbliği, narkomaniya və digər neqativ halların qarşısının
alınması məqsədilə keçirilən maarifləndirici tədbirlərin böyük rolu olduğunu
vurğulayıb, eləcə də ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
ciddi tədbirlərin həyata keçirildiyini məktəblilərin diqqətinə çatdırıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və “ağ ölüm”ün
zərərlərini əks etdirən videoçarx nümayiş olunub.