Salyanda narkotik maddə alverçiləri saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiya ilə məşğul olan şəxslər ifşa olunaraq məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraçala qəsəbə sakini Asim Tağıyev saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 10 qrama yaxın qurudulmuş marixuana, yaşadığı evin həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 8 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Polis əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən həmin qəsəbə sakini Bəhruz Musayev də saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman B.Musayevdən qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button