Salyanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat
vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan
verilən məlumata görə, Salyan rayonu ərazisində hərəkətdə olan “Vaz 2107”
markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis
əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.
Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Rauf Hüseynovun
narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən
keçirilib. Müayinənin nəticəsinə əsasən R.Hüseynovun narkotik vasitə olan
marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün
Salyan Rayon Məhkəməsinə göndərilib.

Hamısını Göstər

Related Articles

Back to top button