Samux sakinində narkotik aşkar olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan
verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Elməddin
Quliyev saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman külli
miqdarda narkotik vasitə olan “tiryək” aşkar edilib.
Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı
araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button