Sarkisyandan Ovannisyana: “Reallıq hissini itirmisən, Azərbaycan ordusu Şuşanın qapısındadır”
Ermənistan Müdafiə Nazirliyinin və eks prezident Serj Sarkisyan arasında mübahisə yaranıb.
Bu barədə Ermənistan KİV yazır.
Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ötən gün açıqlamasında bildirmişdi ki, “inqilab”dan sonra Ermənistan ordusunun təchizatı əvvəlki 10 illə müqayisədə 3 dəfə çoxdur.
Bu bəyanata Ermənistanın üçüncü prezidenti olmuş Serj Sarkisyanın ofisindən reaksiya verilib. Bildirib ki, Ovannisyan ya rəsmi rəqəmlərlə tanış deyil, ya da qəsdən reallığı təhrif edir.
“168 jam” nəşrinin əməkdaşı ilə söhbətdə sabiq prezidentin nümayəndələri deyiblər ki, Ovannisyanın sözləri reallıqdan çox uzaqdır:
“Ölkə müharibə vəziyyətindədir. Düşmən Şuşa ətrafındadır. İndiki vəziyyətdə bu haqda danışmağı və günahkarları axtarmağı yersiz hesab edirik. Bu mövzuya müharibədən sonra toxunacağımıza söz veririk”.