SEPAH Haniyənin qətli ilə bağlı üçüncü bəyanatını yayıb
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HAMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı üçüncü bəyanatını yayıb.
Polise.az xəbər verir ki, SEPAH-ın bəyanatında bildirilir ki, bu hərəkət İsrail tərəfindən layihələndirilib, həyata keçirilib və ABŞ hökuməti tərəfindən dəstəklənib.
“İstintaq və araşdırmalara görə, terror əməliyyatı qonaqların yerləşdiyi ərazidən kənardan güclü partlayışla yanaşı, təxminən 7 kiloqram döyüş başlığına malik qısa mənzilli mərmi atılmaqla həyata keçirilib”, – deyə bəyanatda qeyd olunub.
Bəyanatda o da vurğulanır ki, İsrail İsmayıl Haniyənin qətlinə görə cavabı lazımı vaxt, məkan və keyfiyyətdə alacaq.
Polise.az