Sevil Nuriyava FƏRYAD ETDİ
2 il öncə Türkiyədə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovun doğum günüdür.
İş adamının həyat yoldaşı, jurnalist Sevil Nuriyeva onun haqqında sosial şəbəkədə paylaşma edib:
“22 iyun, onun günü idi. Etimadın doğum günü… 2 ildir onsuz.
Zaman keçdikcə acılar azalır, deyənlərə inanmayın. Sadəcə acı ilə yaşamaq alışqanlığı artır… Yenidən görüşəcəyimə sonsuz umudum yaşamağımı az da olsa, asanlaşdırır…
Bu gün bizi sevənlərdən, imanlı bacı-qardaşlarımdan dua rica edirəm. Duanın açmadığı qapı yoxdur. Səbəb olanı, yardım edənləri Allahın isminə təslim etmişəm. Hər saniyə fəryadımdadılar… Mən bir tərəfə, yaşlı ata, ananın acısına dözmək o qədər çətindir ki… Sizə izah etməyə cümlələr acizdir…”.
Xatırladaq ki, iş adamı Etimad İsmayılov 2018-ci il sentyabrın 19-da Türkiyədə Floryadakı ofisində başından 2, ürəyindən 1 güllə yarası alaraq dünyasını dəyişib. O, Azərbaycanın keçmiş baş prokuroru və ədliyyə naziri İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi. Onun ölümündə sabiq polis zabiti Gözəl Dəmirov təqsirləndirilir.