Şeyxin səlahiyyətləri azaldılır: dini idarəetmədə yeniliklər nə vəd edir?

Kənan Rövşənoğlu: “Dini Komitənin strukturu daha da böyüyəcək”

Milli Məclis “Dini etiqad azadlığı haqqında” qanuna düzəlişlər layihəsini birinci oxunuşda qəbul edib.

Dəyişikliklər dini icmaların qeydiyyatı, onların rəhbərlərinin təyin edilməsi, həmçinin məscid və ziyarətgah rəhbərlərinin təyin olunması, ianələrin qəbulu qaydalarına aiddir. Prinsipial yeniliklərdən biri müsəlman dini icmalarının qeydiyyatına aiddir.

Belə ki, indiyədək Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə icmaların qeydiyyatı barədə təqdimat verib. Bundan sonra Dövlət Komitəsi özü qeydiyyatla bağlı qərarlara baxacaq və onları qəbul edəcək.

Qafqaz Müsəlmanları İdarəsi 27 yanvar 2022-ci il tarixli bəyanatında bu yenilikləri dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində islahatların davamı kimi qiymətləndirib.

Qafqaz Müsəlmanları İdarəsi dindarları yeni qanunvericilik dəyişikliklərini icra etməyə, cəmiyyəti isə bu mövzuda mümkün spekulyasiyalardan qaçmağa çağırıb.

Praktikada icra hakimiyyəti mütəmadi olaraq din xadimlərinin əlindən bu və ya digər səlahiyyətləri alır. Bu tendensiya artıq bir neçə ildir ki, müşahidə edilir və icra hakimiyyəti bu sahədə proseslərə öz rolunu və təsirini gücləndirir.

Ermənistan Türkiyənin forpostu olacaq” iddiası

Azər Hüseynov: “Bu dəyişikliklər dindarla dövlət arasında münasibətləri daha da sağlam edəcək”

YAP-çı deputat Hikmət Babaoğlu dəyişiklikləri bu cür dəyərləndirdi: ““Dini etiqad azadlığı haqqında” Qanuna düzəlişlər hər şeydən öncə hazırkı mərhələdə dini kontekstə ictimai münasibətlərimizin daha yaxşı tənzimlənməsinə yaranan ehtiyacdan irəli gəlir. Cəmiyyət inkişaf etdikcə onun yeni tələbatları yaranır. Üstəlik, nəzərə almaq lazımdır ki, hazırda biz həm də bir növ paralel ictimai münasibətlər sistemində yaşamağa cəlb edilmişik. Əgər bunlardan biri real ictimai münasibətlər sistemidirsə, digəri virtual ictimai münasibətlər sistemidir. Qeyd etmək lazımdır ki, virtual ictimai münasibətlər real münasibətərimizin davamı, yaxud virtual inikası hesab edilsə də, ikinci platformada fəallıq heç də birincidən geri qalmır. Belə olan halda ictimai davranışlarımızın tərkib hissəsi olan dini münasibətlərimizin, yaxud din-cəmiyyət münasibətlərinin də yeni qaydalarla tənzimlənməsi lazımdır. Biz hər bir fərdin dinə necə münasibətindən, yaxud mömin olub-olmamasından asılı olmayaraq bu və ya digər şəkildə sosial münasibətlərdə mütləq dinlə üzləşirik. İstər dini mərasim və ayinlərin icrası, istərsə də xeyir və şər mərasimlərinin  keçirilməsi zamanı bu və ya digər formada dini qaydalara müraciət etməli oluruq. Ona görə ki, yaşadığımız cəmiyyət və onun daxili  dini-ideoloji strukturu İslam dini ilə bağlıdır. Yəni əsas etibarı ilə müsəlmanlardan ibarətdir. Ona görə də burada bir nizamlama və qanunla tənzimlənmə olmalıdır. “Dini etiqad azadlığı haqqında” Qanuna düzəlişlər də elə buna xidmət edəcək”.

Ağ Partiya başqanının ideoloji işlər üzrə müşaviri Azər Hüseynov bu dəyişikliklərin müsbət nəticələr verəcəyini söylədi: “QMİ Azərbaycan tarixində xüsusi rol oynamış bir təşkilatdır. Baxmayaraq ki, sovet siyasətinin tərkib hissəsi olub. Ancaq 1990-cı ilin 20 yanvarında Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə xalqın konsalidasiyasında mühüm rol oynayıb. Daha sonra Azərbaycanda dini siyasət zaman-zaman müəyyən dəyişikliklərə məruz qalıb. Ancaq Hacı Allahşükür Paşazadənin şəxsi nüfuzu QMİ-nin rolunun qalmasına səbəb olub. İndi isə müsəlman dini ibadət obyektlərinə imamların təyinatı artıq QMİ-də olmayacaq. Ancaq burada bəzi suallar çıxır ki, bəs qeyri-müsəlman dini icmalarının rəhbərlərini kim təyin edəcək. Əslində burada önəmli olan məscid imamlarının kim tərəfindən təyin edilməsi deyil. Önəmli olan dövlət – din münasibətlərində müsəlman dini icmalarının maraqlarının da nəzərə alınmasıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsələ ilə məşğul olacaq şəxslərin islama və müsəlmanlara tolerant münasibətlərdə olmasıdır. Ümid edirəm ki, bu dəyişikliklər dindarla dövlət arasında münasibətləri daha da sağlam edəcək. Buna görə də dövlət və dindar arasında real sağlam münasibətlər qurulmalıdır. Eyni zamanda müsəlman dini icmaları ilə işləyəcək məmur aparatı ölkəmizin min illik islam tarixini nəzərə alacaq. Azərbaycan şiə-sunni münasibətlərinin kifayət qədər model olduğu ölkədir. Eyni zamanda Azərbaycan qeyri-müsəlmanlara qarşı ədalət və mərhəmətin göstərildiyi ölkədir. Ona görə də önəmli olan dini siyasətdə bütün bunların nəzərə alınmasıdır”.

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu

Siyasi və dini yazar Kənan Rövşənoğlu isə hesab edir ki, bu dəyişikliklərin müsbət və ya mənfi nəticələrini zamanla görəcəyik: “Bu proses, yəni dini fəaliyyətlərin QMİ-dən alınıb Dövlət Komitəsinə verilməsi prosesi 6-7 ildir davam edir. Artıq dini təhsil, icmaların maliyyələşməsi, din xadimlərinə birdəfəlik yardımlar və eləcə də dini nəşr və təbliğat fəaliyyətləri kimi sahələr artıq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. İndi isə yeni qanunla məscidlərə imam təyinatı da dövlət qurumunun nəzarətinə keçəcək. Bunu yaxşı və ya pis adlandırmaq doğru olmaz. Çünki bunun üçün müəyyən bir zaman keçməlidir. Nəzərə almaq lazımdır ki, bu günə qədər məscidlərə imam təyinatı tam yekunlaşmayıb. Hələ də bir çox məscidlərdə imam (Azərbaycanda artıq axund sözü din xadimi kimi ləğv olunub, məscidlərdə imam təyinatı olur) yerləri boşdur. Bunları indi bundan sonra komitə edəcək. Boş yerlərə imam təyin olunacaq, yəqin ki, attestasiya keçiriləcək. Hər halda, nə olacağını yaxında biləcəyik. Amma bir şey dəqiq məlumdur ki, artıq dini fəaliyyətlər formal da olsa qeyri-dövlət qurumu olan QMİ-dən alınaraq birbaşa dövlətə verilir. Bəli, eyni zamanda QMİ-nin səlahiyyətləri də böyük ölçüdə kiçilir, formal bir fətva qurumuna çevrilir. Güman edirəm ki, Dini Komitənin strukturu daha da böyüyəcək. Ancaq qeyd etdiyim kimi, bu dəyişikliyin real nəticələrinin müsbət və ya mənfi olmasını zamanla görəcəyik”.

Hamısını Göstər

Related Articles

Back to top button