Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir keçirilib

26 iyun Silahlı Qüvvələr Günü ərəfəsində Cəlilabad Rayon Mədəniyyət Mərkəzində tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsindəki igidlik və şücaətlərinə görə təltif olunan şəhidlərin medalları onların ailə üzvlərinə təqdim olunub.

Daha sonra rayonun hüquq-mühafizə orqanlarının təşkilati dəstəyi ilə hazırlanmış “Şəhidlik zirvəsinə ucalanlar” adlı kitabın təqdimatı keçirilib.

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev və digərləri 44 günlük müharibədə ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıqların hərb tariximizdə yeni səhifə açdığını, soydaşlarımızın cəbhəyə getmək üçün növbələrə yazıldığını, döyüşlərə böyük ruh yüksəkliyi ilə qatıldıqlarını bir daha xatırladıblar.

Qeyd olunub ki, elə kitabın ərsəyə gəlməsi də şəhidlərimizin ruhuna ehtiramın nişanəsidir. Bildirilib ki, kitabda Vətən müharibəsində tarixi qələbənin əldə edilməsində misilsiz fədakarlıq göstərən, ölkəmizin ərazi bütövlüyü yolunda canından keçən Cəlilabaddan olan şəhidlərin döyüş yolundan, onların qəhrəmanlıqlarından bəhs olunur. Bu bir daha onu göstərir ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri həmişə əziz tutulur, adları əbədiləşdirilir, məzarları xalqın ziyarətgahına, and yerinə çevrilir. “Şəhidlik zirvəsinə ucalanlar” kitabının ərsəyə gəlməsindən, kitabda yer alan igid və qəhrəman oğullardan danışılıb, kitabın nüsxələri şəhid ailələrinə hədiyyə edilib. Şəhidlərin ailə üzvləri xatirələrini bölüşüb və göstərilən diqqətə və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button
Close