Şirvanda polis əməkdaşları təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparırlar

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin bir çox bölgələrində yerləşən təhsil müəssisələrində əvvəlki illərin məzunları üçün ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi, həmçinin üzrlü səbəbdən yekun attestasiya imtahanlarında iştirak edə bilməyən 11-ci sinif şagirdləri və eksternat qaydada təhsil alanlar üçün imtahanlar keçirilir. Mərkəzi Aran bölgəsi üzrə Şirvan şəhərində də dörd məktəb binasında imtahanların keçirilməsi baş tutub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparırlar. Həmin yerlərdə sosial izolyasiya qaydalarına riayət olunmasına və ərazidə təhlükəsizliyin təmin edilməsinə ciddi nəzarət olunur.

Hamısını Göstər

Related Articles

Back to top button