Siyəzən RPŞ əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin  başlanması ilə əlaqədar  rayonda yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər.

Polis əməkdaşları  məktəblərdə ənənəvi dərslərin bərpa olunması səbəbilə şəhid ailələrinə və onların övladlarına müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar, məktəbli ləvazimatı və geyim forması hədiyyə  ediblər. Görüşlərdə Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, döyüşçülərimizin qələbə əzmindən danışılıb, şəhidlərimizin əziz xatirəsi yad olunub.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Hamısını Göstər

Related Articles

Back to top button