Slovakiya Ukraynaya tanklar və MiQ-29 qırıcıları verə bilər

Slovakiyanın baş naziri Eduard Heqer bildirib ki, respublika öz MiQ-29 qırıcılarını, eləcə də tanklarını Ukraynaya verə bilər.

Bu barədə o, televiziyanın efirində danışıb.

Heqer Kiyevin Bratislavadan ala biləcəyi silahlar barədə ətraflı məlumat verməyib. Onun sözlərinə görə, Ukrayna tərəfi Slovakiyadan “bu texnikanın siyahısını dəqiqləşdirməməyi” xahiş edib.

Qeyd edək ki, bir müddət əvvəl Slovakiya Müdafiə Nazirliyi bildirmişdi ki, Bratislava Sovet istehsalı olan hərbi texnikanın adekvat dəyişdirilməsinə ehtiyac duyur. Yalnız bundan sonra respublika Ukraynaya silah, o cümlədən tanklar və təyyarələr verə biləcək.

Hamısını Göstər

Related Articles

Back to top button