SOCAR-ın dörd vitse-prezidenti vəzifəsindən azad edildi

Prezident İlham Əliyev Mikayıl İsmayıl oğlu İsmayılovun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamı təqdim edirik:

1. Mikayıl İsmayıl oğlu İsmayılov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilsin.

2. Prezidentin digər sərəncamı ilə Bəhram Bəhlul oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

3. Eyni zamanda, Dövlət başçısı Tofiq Ridvan oğlu Qəhrəmanovu da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti vəzifəsindən azad edib.

4. Dövlət başçısının başqa bir sərəncamı ilə David Niyazi oğlu Məmmədov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsindən azad edilib.

Hər dörd Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, ötən gün media 6 vitse-prezidentin istefaya göndərildiyi barədə məlumat yaymışdı.

Hamısını Göstər

Related Articles

Back to top button