Soyğunçuluq törətməkdə şübhəli bilinən paytaxt sakini saxlanıldı

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə mayın 23-də saat 1 radələrində Badamdar qəsəbəsində bir nəfərin Bakı şəhər sakini X.Hüseynzadəyə zor tətbiq edərək mobil telefonunu əlindən alması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Fərid Ehtibarov müəyyən edilərək saxlanılmışdır.
Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button