Soyğunçuluq törətməkdə şübhəli bilinən şəxslər saxlanıldılar
Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin Abşeron rayon sakini F.Əbilovun 85 manatını soyğunçuluq yolu ilə talaması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş A.Qədirov saxlanılmışdır. Araşdırmalarla onun Bakı şəhər sakini R.Eminovun 170 manatını dələduzluq yolu ilə alması da müəyyən edilmişdir.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
***
Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə iyunun 2-də M.Rüstəmov küçəsində Bakı şəhər sakini S.Qəhrəmanovun 8330 manat pulunun soyğunçuluq yolu ilə əlindən alınması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Ağayev müəyyən edilərək saxlanılmışdır.
Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.