Şübhəli hərəkətlər edən sürücüdən narkotik vasitə aşkarlandı

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən hərəkətdə olan “Vaz 2106” markalı avtomobilin sürücüsünün şübhəli hərəkətlər etdiyini müşahidə ediblər. Həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan şəxsin Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş F.Salayev olduğu müəyyən edilib. Avtomobilə keçirilən baxış zamanı əl çantasından 1 bükümdə külli miqdarda narkotik vasitə heroin və üzərində narkotik vasitənin izləri olan 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button