Sudanda dövlət çevrilişi – Ordu baş nazir və 4 naziri həbs etdi

Sudanda ordu baş nazir Abdullah Hamdukun iqamətgahına basqın edərək onu həbs ediblər.

Bu haqda ərəb mediası “son dəqiqə” başlığı ilə xəbərlər yayıb.

Məlumata görə, ordu paytaxtda yolları və körpüləri bağlayarkən ən azı 4 nazir həbs edilib.

Paytaxt Xartumda insanlar küçələrə çıxaraq çevriliş cəhdinə etiraz ediblər.

Ölkədə internet və telefonların kəsildiyi bildirilir.

Sudan Peşəkarları Dərnəyi və Müqavimət Komitəsi xalqı küçələrə çıxmağa, yolları bağlamağa, etiraz etməməyə və çevrilişə qarşı çıxmağa çağırıb.

Bu addım Sudanın mülki və hərbi liderləri arasında həftələrlə davam edən gərginliyin, o cümlədən sentyabrdakı uğursuz çevriliş cəhdindən sonra atılıb.

Qey edək ki, dünən ABŞ-ın xüsusi elçisi Cefri Feltman Xartuma səfər etmişdi.

Mənbə
avropa.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close