“SÜLHMƏRAMLILARLA BAĞLI TƏKLİFİMİZ RƏDD EDİLDİ…” – Paşinyan Soçi görüşünün bir detalını açıqladı.
Ermənistan Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində Qarabağdakı Rusiya sülhməramlılarının mandatının uzadılması barədə təkliflə çıxış edib.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə büdcə müzakirələri zamanı çıxışında deyib.
O qeyd edib ki, amma bu təklif rədd edilib.
Paşinyan sülhməramlıların mandatının uzadılması məsələsinin gündəmdə qalacağını əlavə edib.
“Biz mandatın qeyri-müəyyən müddətə – 5 il, 20 il uzadılmasını təklif etdik. Bu təklif qəbul olunmasa da, fikrimcə, məsələ artıq aktualdır və gündəliyə salınacaq”, – o deyib.