“Suraxanı” gəmi-muzeyi ölkəmizin cəlbedici məkanları sırasında birinci yerdə qərarlaşıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi ölkəmizin 220 cəlbedici məkanı sırasında birinci yerdə qərarlaşıb.
ASCO-dan Polise.az-a bildirilib ki, siyahı məşhur səyahət saytı “TripAdvisor” istifadəçilərinin rəyinə əsasən hazırlanıb.
Qeyd edək ki, “TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər.
Dənizkənarı Milli Park ərazisində yerləşən “Suraxanı” gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, ingilis və rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.