Şuşada yaşanan tarixi anlar Nikolu sarsıtdı: Erməni anaları aldadıb, arxa qapıdan gizlicə “dincəlməyə” qaçdı

Ermənistanın baş naziri Nikol Paşinyan “istirahət” planlarında dəyişiklik edib.

Belə ki, erməni liderin daha əvvəl avqustun 26-da məzuniyyətə yollanacağı, Rusiyanın Soçi şəhərində ailəsi ilə birlikdə dincələcəyi bildirilsə də, Paşinyanın bu planı alınmayıb.

Əslində, Ermənistanın özündə belə bu “plan” geniş müzakirə mövzusuna çevrilmişdi. Bir çox dairələr səfərin arxasında dayanan məqsədin “istirahət” yox Rusiyaya yaltaqlanmaq olduğunu iddia etmişdi. Hətta sosial şəbəkələrdə erməni liderin ünvanına sərt tənqidlər təhqir səviyyəsinə belə çatmışdı.

Görünür, Nikol Paşinyan Rusiyadan “jest”inə qarşılıq ala bilməyib və Soçidə ehtimal etdiyi “isti qarşılama”nın baş tutmayacağını anlayıb. Rusiyanın sözügedən şəhərində çox sayda erməninin yaşadığını da nəzərə alsaq, baş nazir burada “isti qarşılanma” əvəzinə böyük fiasko ilə üzləşə biləcəyini anlayıb. Hər halda Rusiyaya yaltaqlanmaq üçün getməyi planlaşdırdığı bir vaxtda orada ermənilərin kəskin etirazları ilə üzləşmək kapitulyantın onsuz da aşağı olan nüfuzunu növbəti dəfə yerlə bir edə bilərdi.

Ancaq Nikol Paşinyan Rusiyadan əlini üzsə də, dincəlmək planlarından əl çəkməyib. Baş nazirin bu gündən etibarən sentyabrın 3-nə qədər məzuniyyətdə olacağı açıqlanıb. Sözügedən informasiya da ermənilər tərəfindən birmənalı qarşılanmayıb. Xalqın səfalət, aclıq içində yaşadığı, müharibədə övladları itkin düşən valideynlərin demək olar ki, hər gün hökumət binasının qapısına etiraza toplaşdığı, ölkə parlamentinin hər iclasının əlbəyaxa davalarla keçdiyi bir şəraitdə baş nazirin bütün bu problemlərə etinasız davranması və istirahət barədə düşünməsi erməniləri qəzəbləndirib.

Əslində Nikol Paşinyanın bu davranışı həm də, Ermənistanı idarə edən hakim zümrələrin iç üzünün ifşası baxımından önəmlidir. Belə ki, erməni siyasətçilər üçün xalq hər zaman hakimiyyətə gəlmək üçün tramplin rolunu oynayıb, öz yerlərini rahatladıqdan sonra isə həmin xalq barədə ümumiyyətlə düşünmək belə istəmirlər. Görünür, elə Nikol Paşinyan da bu mənada öz sələflərindən heç də geri qalmır. O, Rusiyada istirahətdən sadəcə gözlədiyi qarşılığı ala bilmədiyi üçün imtina edib, ancaq dincəlmək üçün özünə vaxt ayırmağı özünə borc bilir. Aylardır müharibədə itkin düşənlərin valideynləri ilə görüşməyə “vaxtı” olmayan Paşinyan, bu vaxtı ailəsi ilə birlikdə əylənməyə sərf etməyi daha gərəkli hesab edir. Necə deyərlər, övladını axtaran valideynlər, analar qapıda gözləsin, mən dincəlib gəlirəm… Nikol bəlkə də, bu sözləri deyib, hökumət binasının arxa qapısından sakitcə çıxıb gedib dincəlməyə… Liderin xalqını ələ saldığı nadir vəziyyətlərdən biri… Amma mövzu ermənilərdirsə, absurd olan hər şeyi əsaslandırmağa zəmin də olur.

Erməniləri anlamaq və bu məkrli ideyalarla zəhərlənmiş cəmiyyəti tanımaq çətindir. Hər halda Nikol öz xalqını, xalq da öz liderini bizdən daha yaxşı tanıyır, kimin nəyə layiq olduğunu özləri çox gözəl bilir. Məhz bu səbəbdən Nikol Paşinyan bu səfaləti, xaosu öz xalqı üçün məqbul sayır, xalq da onu üzdə “satqın” adlandırsa da, görəndə qabağına qaçır. “Erməni riyakarlığı” anlayışı belə bu misalda aciz qalır. Buna ad tapmaq, Paşinyanın istirahətinin, yoxsa ermənilərin dərdlərinin vacib olduğunu təyin etmək bizim işimiz deyil. Qoy ermənilər iyrənc idealların onları hansı vəziyyətə saldığını özləri görsünlər.

Nikol Paşinyanın istirahətə bu qədər can atmasının arxasında başqa və olduqca önəmli bir məqam da dayana bilər. Bildiyimiz kimi ötən gün dövlət başçısı İlham Əliyev Şuşada bir sıra açılışlar etdi, şəhərin öz tarixi dəyərlərinə qovuşmasında mühüm addımlar atdı. Azərbaycanın Şuşaya tarixi kimliyini qaytarmasının ermənilər üçün dərdə çevrilməsi də heç kimə sirr deyil. Prezident İlham Əliyevin öndərliyində başda Şuşa olmaqla işğaldan azad olunan ərazilərimizin sürətli bərpası, viran qoyulmuş şəhərlərimizin yenidən tikilməsi İrəvanda və xüsusən Nikol Paşinyanın beynində yer tutan mənfur, xam xəyalların çökməsinə, darmadağın olmasına gətirib çıxarıb. Yəqin ki, bütün bunlar Paşinyanın psixoloji vəziyyətinə də ağır zərbə vurub ki, sarsıntı keçirən erməni lider, sabahı güclə açıb, başını götürüb qaçıb məzuniyyətə, öz xalqını olduğu kimi, ruhuna nüfuz edən cəfəng fikirləri də unutmağa…

Çünki Şuşanın qüdrətli Azərbaycanın qoynunda dirçəlməsi və tərəqqisi, bir vaxtlar sərxoş vəziyyətdə təlxəklik etdiyi torpaqların indi öz sahiblərinin əlində yenidən cənnətə çevrilməsi işğalçı, terrorçu, separatçı hər bir erməni kimi Nikol Paşinyana da yalnız dəhşətli əzablar bəxş edə bilər. Bu cür psixoloji sarsıntı fonunda Nikolun öz xalqını yadından çıxarması və tez-bazar “dincəlməyə” getməsini anlamaq olar… Çünki bizim hər bir uğurumuz, Azərbaycanın qüdrəti və əzəməti onu qəbul etməyən, ona düşmən kəsilən hər kəs üçün daim qorxulu yuxuya çevriləcək, onlar da Nikol kimi başlarını götürüb, çarəsizlik içində hər şeyi unutmağa – “dincəlməyə” gedəcəklər.

Hamısını Göstər

Related Articles

Back to top button