Təslim olmaq istəməyən ermənilər mühasirəyə alındı

Ağdamda döyüş mövqelərini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə alınıb və onlara xəbərdarlıq edilib.

Bu barədə görüntülər Teleqram sosial şəbəkəsində yayılıb.

“Silahları yerə buraxın və təslim olun, bu torpaqlar artıq Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Sənin ölümün heç bir şeyi dəyişdirməyəcək”, – deyə erməni silahlılarına xəbərdarlıq edilib.

Qeyd edək ki, dünən Ağdamda təslim olmaq istəməyən erməni hərbi birləşmələri ilə rus sülhməramlıları arasında ataşmanın baş verdiyi haqda məlumatlar yayılmışdı.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button