Tərtərdə odlu silahla quldurluq edən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində odlu silahla quldurluq edərək özgəsinə məxsus avtomobili qaçıran şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “polise.az“a verilən məlumata görə, sentyabrın 10-da Bakı şəhər sakini C. Süleymanov DİN-in “102 – Zəng Mərkəzi”nə və Tərtər RPŞ-yə ərizə ilə müraciət edərək əvvəlcədən razılaşdıqları kimi Sərvər Hüseynov adlı şəxsə satmaq məqsədi ilə “CheryTiggo” markalı avtomobilini Tərtərə gətirdiyini, sonuncunun isə onu odlu silahla hədələyərək avtomobilini ələ keçirdiyini və naməlum istiqamətdə getdiyini bildirmişdir.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırmalara başlanılıb. “İsti izlərlə” və peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində S.Hüseynov cinayət yolu ilə ələ keçirdiyi avtomobillə birlikdə Bakı şəhərində saxlanılaraq Tərtər Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmaların davamı olaraq S.Hüseynovun yaşadığı ünvana baxış keçirilən zaman evinin yaxınlığındakı su quyusunun üzərindəki beton örtüyün içərisindən cinayətin törədilməsində istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş, təklüləli odlu silah və 3 ədəd patron, eləcə də evinə baxış keçirilərkən oradan 1 ədəd xəncər aşkar edilərək götürülmüşdür.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button