“Tarixləri işğal və terrorla zəngin dövlətlər bizi terrorçuluqda ittiham edə bilməz”

27 sentyabrdan başlanan Ermənistanın hücumlarına cavab olaraq Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində böyük itkilərə məruz qalan düşmən işğal etdiyi ərazilərin bir qismindən geri çəkilərək, vay şivən qoparıb, məğlubiyətinə iyrənc təbliğatla səbəblər sadalayır. Bu təbliğatın əsas tezisləri arasında ilk günlər guya “Suriyadan gətirlən hansısa radikal qruplar”, “Türkiyə təyyarələrinin savaşda iştirakı” kimi uydurmalar yer alırdısa, indi sıraya Pakistanınla İsrailin adları əlavə olunub. Himayədarlarının hələ ki, birbaşa döyüş meydanında hərbi dəstək vermədiyi Ermənistan Azərbaycanla növbəti savaşda uğradığı ağır məğlubiyətləri əsaslandırmaq üşün təbliğatın bütün iyrənc formalarına baş vuran bu terrorçu dövlət dönc sakinləri hədəf almaqdan da çəkinmir.
Savaşın davam etdiyi ilk iki həftədə Ermənistanla eyni ağızdan danışıb bütün əndazələri aşan Fransa prezidenti Makron ermənilərin bütün cəfəngiyatlarını təkrarlayaraq Minsk Qrupunun həmsədri kimi bitərəfliyini itirdi. Onun fəal səyi və prezident Putinlə danışıqlarının nəticəsində oktyabrın 9-dan ilk zamanlar konstruktiv mövqe sərgiləyən Rusiya prosesə aktiv şəkildə müdaxilə etməyə başladı. Amma Minsk Qrupunun həmsədrləri olan hər iki dövlət onlara verilən mandata uyğun olaraq Ermənistandan BMT-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini tələb etmək əvəzinə, işğalçını qorumağa çalışırlar. Fransa bölgədəki proseslərə təsir imkanları məhdud, 200 ildən artıq bölgədə olan Rusiyanın təsir imkanları genişdir. Ona görə Rusiyanın problemə yanaşması bizi daha çox maraqlandırır.
Nəzərə alınmalıdır ki, hələ 100 il əvvəl Dağlıq Qarabağ probleminin əsasını qoyub, son 32 ildə qızışdırıb bu həddə çatdıran, Ermənistanı silahlandıran ölkə Rusiyadır. Rusiya Ermənistandan BMT qətnamələrinin birinci bəndini- “işğalçı erməni qüvvələrinin işğal olunmuş rayonlardan qeyd-şərtsiz çəkilməsi” tələb etmək əvəzinə, “dərhal atəşkəs” rejiminə keçilməsini tələb edib, Rusiya qoşunlarının “sülhməramlı qüvvələr” missiyası adı ilə münaqişə zonasına yerləşdirməyi təklif edir. Bu təkliflərin Moskvadakı mətbuat konfransında əksəriyəti-Simonyanlar,Babayanlar, Qabrielyanlar kimi jurnalistlərin qarşısında erməni Lavrov-Kələntəryanın səsləndirməsi bir başqa mövzudur. Diplomatik dairələrdə Lavrov 16 ildə Qarabağ probleminin uzanmasının və status kvonun saxlanmasının əsas səbəbkarı hesab edilir. Üç ölkənin prezidentinin razılaşdırdığı Kazan prinsiplərinə özbaşına müxtəlif ifadələr əlavə edərək mahiyətini dəyişən Lavrov Pusiyadan daha çox Ermənistanın XİN kimi fəaliyyət göstərib, “atəşkəs diplomatiyası adı ilər status-kvonun saxlanması üçün” erməni diplomatlarını təlimatlandırmaqla məşğul olur. Rusiya qoşunlarının “sülhməramlı” adı altında münaqişə zonasına yerləşdirmək təklifi ancaq və ancaq Ermənistanla Rusiyanın maraqlarına uyğundur. Rusiya “sülhməramlılarının” Moldova və Gürcüstandakı fəaliyətinin nədən ibarət olduğu aşkardır. Dnestryanı bölgəsindəki Rusiya ordusu faktiki olaraq bölgəni Moldovadan ayırıb. Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində 1993-cü ildə yerləşmiş Rusiya “sülhməramlılarının” 2008-ci ildə qonşu ölkənin ərazi bütövlüyünə necə qəsd etdiyi ortada.
Son 32 ildə Rus ordusunun Azərbaycanda fəaliyəti bir araşdırma mövzusudur. 1988-ci ildə Dağlıq Qarabağda başlanan separatçı hərəkətlərə bu bölgədə yerləşən Rusiya-SSRİ Daxili qoşunları və 366-cı alayının seyrçi qalması, sonradan ərazilərimizin işğalı, dinc əhalinin kütləvi qətlində iştirakı unudulmayıb. 1990-cı ildən Azərbaycan və Ermənistan arasında yerləşdirilən Rus qoşunlarının əli ilə ermənilərin silahlandırılması, yaşayış məntəqələrimizə hücumların təşkili sürətlənməsi yaddaşlarda. Onların gözü qarşısında 1990-cı ildə Naxçıvanın Kərki kəndi işğal edilib, Qazaxın Bağnıs Ayrım kəndinın 30 dinc sakin vəhşiliklə qətlə yetirilib, yandırıldı. 1992-93-cü illərdə Rusiyanın Ermənistanda yerləşən 7-ci ordusunun 15, 164 və 167 diviziyaları ilə bərabər, Pskov desant diviziyasının hərbçiləri və Xankəndindəki 366-cı alay bizə qarşı döyüşüb, Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib. Həmin döyüşlərdə əsir götürülmüş çoxsaylı rus əsgərlərinin taleyi uzun zaman iki dövlət arasında müzakirə mövzusu olub. Təkcə post sovet məkanına baxdıqda aydın görünür ki, bu ölkənin ordusu getdiyi yerə sülh, əmin amanlıq əvəzinə, işğal və qan aparır. Lavrovun təklifi ATƏT-in 1994-cü il Budapeşt sammitinin “Dağlıq Qarabağa sülhməramlıların yerləşdirilməsi” qərarına ziddir. Bu qərara görə münaqişə zonasına, tərəflərin razılığı ilə neytral dövlətlərin hərbçilərindən ibarət sülhməramlılar yerləşdirilə bilər və ayrıca bir ölkə hərbçilərinin sayı üçdə birdən çox olmamlıdir. Rusiya o zaman səs verdiyi qərarı indi pozmağa cəhd edir. Təbii ki, Azərbaycan bununla razılaşa bilməz. Bu ancaq o halda baş verə bilər ki, Rusiya ilə birlikdə Türkiyə hərbçiləri paritet əsasda “sülhməramlı” mandat ilə münaqişə zonasında fəaliyətə başlasın. Rusiya anlamalıdır ki, onun 200 ildən bəri qorumağa çalışdığı status kvonun dəyişmə zamanı gəlib və birtərəfli qaydada bunu davam etdirmək mümkün olmayacaq. Regionun güclü dövləti kimi Türkiyənin Güney Qafqazda rolu qəbul edilməlidir. Türkiyənin Azərbaycanla strateji əməkdaşlığının səviyyəsi, Gürcüstanla dinamik inkişaf edən siyasi və hərbi əməkdaşlığı onun bölgə problemlərinin həllində aktiv rol almasını labüd edir. Rusiya “qulpsuz çemodan”, “izqoy ölkə” olan Ermənistanın yanında durub onun cinayətlərinin müdafiəçisi rolunu davam etdirmək, yaxud dünya siyasətində rolu artan güclü Türkiyə və regionun əsas ölkəsi Azərbaycanla əməkdaşlığı seçməklə bağlı qərar üzərində düşünməlidir. Azərbaycan-Türkiyə Rusiyanın bölgədə maraqlarına hörmətlə yanaşdığı kimi, Rusiya da bizim maraqlarımıza qarşı çıxmamalı, ərazi bütövlüyümüzün bərpasına əngəl olmamalıdır. Ermənistanın yanında durub, silahla təminatına davam etməklə məsələ Rusiyanın maraqlarına uyğun şəkildə həll edilməyəcək. Tarixi təkrar etməyə gərək yox. 1918-ci ildə Rus-erməni hərbi birləşmələrinin yeni yaranmış Cumhuriyəti boğmaq üçün Gəncəyə hücumunun qarşısının alınaraq Göyçaydan Bakıya qədər qovulub dənizə töküldüyü, 1920-ci ilin martında Rusiyanın dəstəklədiyi Ermənistan ordusunun Qarabağda Türkiyənin təlim verdiyi Azərbaycan ordusu tərəfindən necə darmadağın edildiyi unudulmamalıdır. Azərbaycan məsələnin siyasi yolla həllindən yana olduğunu və bunun üçün şərtini təkrarlamaqda davam edir. Bir şərt irəli sürülüb: BMT qətnamələrinin yerinə yetirilməsi və işğalçı Ermənistan ordusunun ərazilərimizdən dərhal çıxması. Rusiya Lavrovun qəliz dili və milli kimliyi ilə məsələni qəlizləşdirmək yerinə, aydın şəkildə edilən tələbin yerinə yetirilməsinə forpostunu inandırmağa cəhd etməlidir. Tarixləri işğal və terroru dəstəkləmək örnəyi ilə zəngin dövlətlər bizi işğalçılıq və terrorçuluqda ittiham edə bilməz.