Tehrana nüvə silahı əldə etməyə imkan verilməyəcək.

Tehran nüvə problemini həll etmək üçün diplomatik səyləri rədd edərsə, Birləşmiş Ştatlar İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

Polise.az xəbər verir ki, bu barədə bu gün ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Əgər İran diplomatiya yolundan imtina edərsə, o zaman Prezident Co Baydenin dəfələrlə açıq şəkildə işarə etdiyi kimi, İranın nüvə silahı əldə etməməsi üçün bütün variantlar nəzərdən keçiriləcək”, – o deyib.

Blinkenin sözlərinə görə, İrana nüvə başlığı əldə etməyə icazə verilməyəcək və verilməməlidir.

“Biz diplomatiyanın İranın nüvə başlığı əldə etməsinin effektiv və davamlı şəkildə qarşısını almağın ən yaxşı yolu olduğuna inanmaqda davam edirik”, – ABŞ diplomatiyasının rəhbəri vurğulayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button