Tiflisin 16 maddəlik hədəfi: Siyahıda Ankara və Bakı da var

Gürcüstan parlamentində keçirilən fövqəladə iclasda 16 maddədən ibarət qərar layihəsinə baxılıb.

Layihədə Gürcüstanın xarici siyasəti, ölkənin ərazi bütövlüyünün bərpası üçün lazımi addımların atılması və strateji tərəfdaş ölkələrlə əlaqələrin daha da möhkəmləndirilməsi kimi prioritet məsələlər yer alıb.

Layihənin prioritet məsələsi kimi Gürcüstanın ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin evlərinə qayıtması göstərilib.

Bundan əlavə, Gürcüstanın 2024-cü ildə AB-nin üzvü olmaq üçün müraciət edəcəyi də bildirilib.

Qərar layihəsinin 6-cı maddəsində isə Türkiyə və Azərbaycanla strateji tərəfdaşlığın gücləndirilməsi prioritet hədəf kimi göstərilib.

Hamısını Göstər

Related Articles

Back to top button