“Tofiq Yaqublunun apellyasiya şikayəti obyektiv araşdırılacaq” – Azay Quliyev

Azərbaycanın tanınmış siyasi xadimi Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi beynəlxalq təşkilatlarda məyusluğa səbəb olub.

Belə ki, Azərbaycan üzv olduğu qurumlar hökuməti Yaqublunun işinə yenidən və obyektiv baxmağa çağırıb.

Bundan başqa ABŞ və Böyük Britaniya hökumətləri də Azərbaycanı bu hökmə görə tənqid edib.

Bu prosesdə diqqət çəkən məqamlardan biri də hökumətə yaxınlığı ilə seçilən bəzi siyasi və ictimai xadimlərin də Yaqublu barəsindəki hökmü pisləməsidir.

Bəs görəsən, Azərbaycan hökuməti Tofiq Yaqublunun apellyasiya şikayətinə obyektiv baxılmasını təmin edəcəkmi? 

Milli Məclisin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev açıqlamasında Azərbaycana edilən çağırışlardan danışıb.

Onun sözlərinə görə, Azərbaycan hüquqi dövlət olduğundan hər kəs insan hüquqları ilə bağlı məsələlərin ölkə daxilində hüquqi müstəvidə həllini istəyir: “Bu baxımdan yanaşanda hesab edirəm ki, Tofiq Yaqublu barəsində birinci instansiya məhkəməsinin çıxardığı hökmdən verilən şikayət apellyasiya instansiyasında obyektiv baxılacaq. Mən buna ümid edirəm. Bu iş tam obyektv araşdırılmalıdır. Ona görə bunu istəmirik ki, Azərbaycana hansısa beynəlxalq təşkilatdan təzyiq edilir və yaxud da çağırışlar var. Dediyim kimi Azərbaycan dövləti özü vətəndaşın hüquqlarının təminatında maraqlıdır. Ölkəmizdə instansiya məhkəmələri mövcuddur. Birinci instansiyadan narazı qalan vətəndaş daha yuxarı məhkəmə orqanlarında özünün şikayətini verə bilər”.

Mənbə
gununsesi.info
Hamısını Göstər

Related Articles

Back to top button
Close