TOQQUŞMA – Sakinlər polislərə qarşı. Niyə?

Araşdırma materialları göstərir ki, sivilizasiyalar toqquşur. Və hər toqquşmada, hər qarşıdurmada yaşadığımız mühit dəyişiklik, yenilik istəyir. Əgər bizi əhatə edən mühit şəffaf olarsa, onda düşünməyə dəyər ki, ölkə başçısının irəli sürdüyü strategiya alınmışdır. Sadəcə  “Yaşamaq və yaxud millətin yaşaması üçün, tarixin, ədəbiyyatın yenidən formalaşması – yaşamaq strategiyası” – dediyimiz Prezident Strategiyasını nəyin bahasına olursa-olsun qoruyub saxlamaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həm DİN, həm DTX, həm prokurorluq və həm də məhkəmə sistemi ilə (oxuyaq, ədliyyə orqanları ilə) özünəməxsus strategiyası var. Prezident bu strategiyaları irəli sürməklə milləti, xalqı və Azərbaycanı xilas etmək istəyir.

Tarixə baxın; – ötən yüzillikdə yer üzündə yaşayan 110 kiçik və yaxud böyük millət, xalq, etnik qrup özünün dili,atributları,ədəbiyyatı və tarixi ilə səlnamədən demək olar ki,silinib artıq yaşamır. Bir millətin strategiyası yoxdursa o millət ölümə məhkumdur.

Yeni bir strategiya var:-“Qarabağ strategiyası”.Bu torpaqlarımızın  qaytarılmasdır. Özü də müharibə etmədən, topsuz, tüfəngsiz…Prezidentimizin düzgün formalaşdırılmış xarici siyasi strategiyasında sezilir. Bu strategiya 1971-ci ildə açıla bilərdi,amma hələ zamanı deyildi.Sadəcə səbr edin,cənablar, səbr!Səbr “ağacının meyvəsi” şirin olur…

Qayıdıram əvvələ. Və özüm-özümə belə bir sualım var: Necə olur, Fransa kimi dövlət 200 ildən artıqdır ki, “Napoleon Kodeksi”,İtaliya kimi həssas bir dövlət “Adriatik kodeksi”,Böyük Rusiya I Pyotr kodeksi ilə yaşayır, tarixin sınaqlarından çıxan, hələ də böyük dövlətlərlə üz-üzə qalan İran İslam Respublikası… “Birinci cərgə kodeksi” ilə…

Hər bir parlament öz dövlətinin məhək daşıdır. Amma bu məsələdə Milli Məclisin bəzi deputatlarının ölkə başçısına köməyi hiss olunmur,bəziləri  gözləmə mövqeyinə üstünlük verirlər. Kimi gözləyirsiz, cənablar? Yenə öyrəndik ki, əliniz ABŞ-ın, Böyük Britaniyanın, Almaniyanın… cibinə necə giribsə, çıxmaq bilmir. Polis asayişin mühafizəsi ilə bağlı xidməti funksiyalarını icra edərkən niyə “seçicilərinizin”yanında olmadınız? Seyrçi mövqedə dayandınız,niyə?

Son hadisələrdə – polisə edilən hücumlarda həmin dairədən seçilən deputatlar harada idi? Nə üçün seçicilərinizdən gizləndiniz?..Axı,polis sizi heç vaxt tək qoymayıb. Bəs sizlər niyə gecələr sübhədək yatmayan,ölkədə,meydanlarda, keçidlərdə keşik çəkən polisi tək qoydunuz. Tarixin bu səhifələri Sizin əleyhinizə yazılır. Və yaxud isti günlərdə 20-30 dəfə spirtli məhlulla silinən və yuyulan kreslodan qalxırsız ki, təzə mövzu var; bekar dayanmayın. Akademiya, Azərbaycan MEA-sı. Bəs nə oldu, dünənə qədər Akademiyadan çıxmırdınız… İndi söyürsüz?.. “Akademiyanı bağlayaq” – deyən deputatların demək olar ki, hamısı MEA-nın institutlarından müxtəlif mövzular götürüb, müdafiə ediblər… alim olublar. Siz necə alimsiz ki, 90 faizinizin heç bir araşdırmanız, kitabınız, dəftəriniz yoxdur… Çünki kitabxanalarda, arxivlərdə otura bilmirsiz…

Elmlər Akademiyasından həm əlinizi, həm gözünüzü çəkin… O, həmişə yaşayacaq.  Gedin başqa qurumlarda gedən oyunları təhlil edin… Təhlil üçün bilik, təmiz vicdan, ləyaqət lazımdır.

Gedin… sübhədək qapınızda, küçənizin başında dayanan polislərin içində olun. Parlamentin spikeri, onun müavinləri bir dəfə açıqlama vermədilər ki, baş verən qarşıdurma hansı dairənin ərazisidir və s. Azərbaycan Polisinin əynindəki  mundiri ləkə götürmür.

Eynəklərinizi gözlərinizzdən çıxarın, polisə, Azərbaycanın ölməkdə olan, qan verən tarixinə, elminə… parlamentinə açıq gözlə baxın.

Sonda yadınıza salıram ki, cənab Prezidentimizin çağırışına rəğmən seçildiyiniz dairələrdə, ərazilərdə… Sizinlə bağlı bir sorğu aparılıb. Sizin reytinqiniz yoxdur, cənablar! Güman ki, Azərbaycan parlamenti yarımçıq qalacaq… Mənim polisim isə məni qoruyacaq.

Xatırlatma yerinə düşər ki, lap yaxın gələcəkdə ölkə başçısı sərəncam imzalayarkən öncə həmin şəxs haqqında ictimai rəyin nəticələrinə əsaslanacaq. Bu böyük bir kompleks və yaxud layihə olacaq. Daha yerindən duran, pulla, rüşvətlə alim olan, böhtan və yalan deyən, haram deyən, mövqesiz, ləyaqətsiz… qulluq sahiblərinə, parlament üzvlərinə ehtiyac olmayacaq.

Araşdırın, məsələn, indiyədək (son beş ildə) Fransadan 5 deputat, İsraildən 2 deputat, İrandan 3 deputat, RF-dan 8 deputat, Çindən 6 deputat… və s. ictimai rəyin nəticələrinə görə geri çağırılıb…

Növbə sizindir, hazırlaşın. Biz üçüncü aydır ki, rəylərimizi toplayırıq, sorğularımızı aparırıq…Yaxın günlərdə ictimai –seçici rəyi açıqlanacaq…

Rövşən Novruzoğlu,
politoloq

Hamısını Göstər

Related Articles

Back to top button