Tovuzda gizli keçirilən toya polis basqını: 31 nəfər cərimələndi, məclis sahibi həbs edildi

Tovuz rayonunun İbrahim Hacılı kəndində toy mərasimi təşkil olunub.

Mövcud koronavirus qadağalarına və məhdudiyyətlərə baxmayaraq, məclisə dəvət olunan insanlar sosial məsafə gözləmədən sıx şəkildə əyləniblər.

Amma onların bu əyləncəsi çox çəkməyib. Belə ki, qaydalara zidd keçirilən toy mərasimi polis tərəfindən təsbit olunub və sərt tədbirlər görülüb.

Toya qəfil gələn polislər durum təsbiti etmək, subutları toplamaq üçün hadisəni çəkəndə ilk öncə qonaqlar heç nə fərq etməyiblər.

Nəticədə toy sahibi həbs edilib, 31 qonaq isə hər biri 200 manat olmaqla, cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button