Toy karvanında avtoxuliqanlıq edən şəxs saxlanılıb-FOTOLAR
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB)
əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi
nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb
olan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan Polise.az-a verilən məlumata görə, araşdırmalarla Elcan Cəfərovun özünə məxsus
“VAZ” markalı avtomobil illə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək
yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq
avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin
hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs saxlanılaraq
inzibati məsuliyyətə cəlb olunub.
Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı
avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi
edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər saxlanılaraq
profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara
buraxılıb.